Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli dördotaqlı evin bir otağının, dəhlizinin yanar konstruksiyaları və əşyaları 32 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 09:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Ərkivan kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 28 kv.m sahədə və çardağına yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Yanğın zamanı tövlədə olan bir baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağstafa rayonu, Köçəsgər kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tövlənin dam örtüyü 45 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
20 dekabr 2012-ci il tarixində Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisində Xanarxı kanalına düşmüş “VAZ” markalı minik avtomobilinin sürücüsü 1938-ci il təvəllüdlü Mövlan Xanməmməd oğlu Əlifxanovun axtarışları başa çatmışdır. M.Əlifxanovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:38-də başa çatmışdır.
Şamaxı rayonu, Mədrəsə kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi və bitişik 2 mərtəbəli ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 290 kv.m olan birmərtəbəli 5 otaqlı evin aynabəndinin tüstü bacasının ətrafı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.