Kürdəmir rayonu, Carlı kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Privolnoye kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Yaxınlıqdakı ev və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Qaradağ rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 9 kv.m olan gözətçi otağı yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 155 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə və evə bitişik ümumi sahəsi 60 kv.m olan mağazanın dam örtüyü 2 kv.m sahədə yanmışdır. Evin və mağazanın qalan hissələri, yaxınlıqdakı talvar və altında dayanmış "VAZ" markalı minik avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binəqədi rayonunda tikilməkdə olan yeni metro stansiyasının ərazisində fəhlələrin soyunub-geyinmə otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyalardan ibarət çayxananın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli üçotaqlı evin mətbəxində 5 kv.m sahədə ev əşyaları və tavan 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli altıotaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.