Geri

21 dekabr 2012-ci il saat 23:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı  işıq dirəyinə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:08-də başa çatmışdır.

Geri

21 dekabr 2012-ci il saat 17:35-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin 1 otağında 1 ədəd divan qismən və digər otaqda yataq dəsti yanmışdır. Yanğın zamanı ev sahibi kəsilmiş bədən xəsarəti ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın qəsdən törədilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

21 dekabr 2012-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisində “VAZ” markalı minik avtomobili Xanarxı kanalına düşmüşdür. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Dövlət Sularda Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə xüsusi texnika vasitəsi ilə avtomobili sudan çıxarmışlar. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Geri

21 dekabr 2012-ci il saat 08:40-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin tüstü bacasının ətrafı  0,5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan dərzi köşkünün dam örtüyünun yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Köşkun qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 07:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 

Geri

21 dekabr 2012-ci il saat 07:45-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus bağ sahəsinə yığılmış 15 kv.m sahədə taxta tullantıları və yaxınlıqda yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qızılağac kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlamasının 500 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.