Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin tüstü bacasının ətrafı 0,5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan dərzi köşkünün dam örtüyünun yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Köşkun qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 07:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus bağ sahəsinə yığılmış 15 kv.m sahədə taxta tullantıları və yaxınlıqda yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Qızılağac kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlamasının 500 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.