Geri

20 dekabr 2012-ci il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər, o cümlədən, 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışdır. Əməliyyat saat 21:52-də başa çatmışdır.

 

Geri

20 dekabr 2012-ci il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1935-ci il təvəllüdlü kişi mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 19:42-də başa çatmışdır.

Geri

20 dekabr 2012-ci il saat 15:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 270 kv.m olan ikimərtəbəli beşotaqlı evin damında bacanın ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan dördotaqlı mənzilin aynabənddində paltaryuyan maşının mühərrik hissəsi yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Urakəran kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 480 kv.m olan kənd orta məktəbində sinif otağının taxta konstruksiyalardan ibarət tavan 35 kv.m sahədə yanmışdır. Məktəbin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 dekabr 2012-ci il saat 08:30-dək:

Bakı şəhəri, Xətai rayonunda ayrı-ayrı vətəndaşlara məxsus, bir-birinə bitişik ümumi sahəsi 60 kv.m olan birmərtəbəli ikiotaqlı evin 1 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 30 kv.m sahədə, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və ümumi sahəsi 123 kv.m olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 3 kv.m sahədə (ümumi 35 kv.m) yanmışdır. Evlərin qalan hissələri və bitişik olan digər evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 dekabr 2012-ci il saat 00:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaqlı kommunal tipli evin tüstü bacasının ətrafı  5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhəri, Yaşma bağları massivində bəzi ərazilər, o cümlədən, bir neçə fərdi yaşayış evi və həyətyanı sahə qarın intensiv əriməsi nəticəsində dağlardan gələn sel suları ilə dolmuşdur. Su ilə dolmuş evlərdə köməksiz vəziyyətdə qalmış 8 nəfər Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası şəhər icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görmüşdür.