Geri

18 dekabr 2012-ci il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölmüş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış, 1 nəfər sərnişini xəsarət almış və xəstəxanaya aparılmışdır. Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:43-də başa çatmışdır.

Geri

18 dekabr 2012-ci il saat 01:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “Çinar” quşçuluq firmasının ümumi sahəsi 1000 kv.m olan toyuq sexinin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan ikiotaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları, ona bitişik tikilmiş digər vətəndaşa məxsus, hər mərtəbəsi 99 kv.m olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyası 2 kv.m sahədə yanmışdır. Hər iki evin qalan hissələri və digər bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Aran qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan (üst örtüyü qamışdan ibarət) üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 80 kv.m olan üçmərtəbəli yeddiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 65 kv.m sahədə , 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kv.m sahədə və ev əşyaları yanmış, 2-ci mərtəbəsində bir otağın lambirdən ibarət tavanı 15 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:15-də yanğınsöndürənlər  tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində Bakı-Quba yolunun 45-ci kilometrliyində vətəndaşa məxsus "Neoplan" markalı sərnişın avtobusunun arxa təkəri və salonunun üzlüyü yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühfizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.