Geri

17 dekabr 2012-ci il saat 18:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən İsmayılov Rafiq Aslanoviç hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində R.İsmayılovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:22-də başa çatmışdır.

Geri

17 dekabr 2012-ci il saat 17:15-dək:

Saatlı rayonu, Əlisoltanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli ikiotaqlı evdə bacanln ətrafı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli ikiotaqlı evin eyvanında 2 kv.m sahədə pəncərə çərçivəsi yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağının  tavanı 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağında bacanın ətrafı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 dekabr 2012-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda Təzəkənd kəndinə gedən yolda “NİVA” və “QAZ” markalı iki avtomobil hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Sumqayıt Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə avtomobilləri təhlükəsiz əraziyə çıxarmış və avtomobil yolunun həmin hissəsini qardan təmizləmişlər. Əməliyyat saat 08:30-da başa çatmışdır. 

Geri

17 dekabr 2012-ci il saat 09:10-dək:

Gəncə şəhəri, Nizami rayonunda ayrı-ayrı vətəndaşlara məxsus, bir-birinə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq dükanının lambirdən ibarət tavanı 30 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan  kafenin lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 78 kv.m olan üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan parça mağazasının lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan dördotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 60 kv.m olan üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə (ümumi 312 kv.m sahədə) yanmışdır. Digər bitişik evlər və obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.