Geri

17 dekabr 2012-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda Təzəkənd kəndinə gedən yolda “NİVA” və “QAZ” markalı iki avtomobil hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Sumqayıt Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə avtomobilləri təhlükəsiz əraziyə çıxarmış və avtomobil yolunun həmin hissəsini qardan təmizləmişlər. Əməliyyat saat 08:30-da başa çatmışdır. 

Geri

17 dekabr 2012-ci il saat 09:10-dək:

Gəncə şəhəri, Nizami rayonunda ayrı-ayrı vətəndaşlara məxsus, bir-birinə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq dükanının lambirdən ibarət tavanı 30 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan  kafenin lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 78 kv.m olan üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan parça mağazasının lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan dördotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 60 kv.m olan üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə (ümumi 312 kv.m sahədə) yanmışdır. Digər bitişik evlər və obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.