Geri

16 dekabr 2012-ci il saat 23:00-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan qarajın içərisində hər birinin tutumu 5 litr olan 4 ədəd yağla dolu qab yanmışdır. Qaraj yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

16 dekabr 2012-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 340-cı kilometrliyində, Şəmkir rayonu ərazisində “VAZ” və “KİA” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı avtomobilinin sürücüsü – 1961-ci il təvəllüdlü İlham Lətif oğlu Muxtarov və 2 nəfər sərnişini – 1959-cu il təvəllüdlü Rima Vəliyəddin qızı Nuşirəvanova və 2010-cu il təvəllüdlü Asya Xaliq qızı Muxtarova hadisə yerində ölmüşdür.  Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış İ.Muxtarovun və R.Nuşirəvanovanın cəsədlərini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görülmüşdür. Əməliyyat saat 19:45-də başa çatmışdır.

Geri

16 dekabr 2012-ci il saat 19:00-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə  təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:08-də başa çatmışdır.

Geri

16 dekabr 2012-ci il saat 16:10-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikiotaqlı mənzilin 1 otağında 1 ədəd "HP" markalı kompüter və masa 2 kv.m sahədə yanmışdır.  Mənzil  yanğından mühafizə olumuşdur. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Zarağan kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus  "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

16 dekabr 2012-ci il saat 15:00-dək:

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi  160 kv.m olan  birmərtəbəli  6 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin  yanar konstruksiyaları və ev əşyaları  80 kv.m sahədə yanmışdır.  Yanğın zamanı iki uşaq yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Evin qalan hissəsi və yaxınlıqda olan yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə məxsus transformatorun yanar hissələri yanmışdır. Yaxınlıqdakı ticarət mərkəzi yanğından mühafizə  olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 dekabr 2012-ci il saat 14:20-dək:

Bakı şəhəri, Nərimanov rayonunda “Dərnəgül Sənaye Tikinti” ASC-yə məxsus ümumi sahəsi 2000 kv.m olan anbarın içərisinə yığılmış avtomobil ehtiyat hissələri, kiçik qablarda qablaşdırılmış tezalışan maddələr və müxtəlif növ boyalar 250 kv.m sahədə yanmışdır. Anbarın qalan hissəsi və içərisindəki mallar  yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Axtarış nəticəsində mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlunun cəsədi tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:35-də başa çatmışdır.

Geri

16 dekabr 2012-ci il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlu qohumlarına zəng edərək qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunmuşdur. Axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

16 dekabr 2012-ci il saat 08:10-dək:

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 1 mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan "NARMOBİL" telefonların satışı mağazasının içərsində olan əşyaları 10 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mahafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan toyuq fermasının dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Fermanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.