Geri

09 oktyabr 2012-ci il, saat 03:45-dək ilkin məlumata əsasən

Bakı şəhəri, Nəsimi rayonunda tikintisi başa çatmamış onsəkkizmərtəbəli ofis binasının 10-11-ci mərtəbəsinin xarici divarında şüşənin arxasında quraşdırılmış şüşə-pambıq üzlüyü (steklovat) 2 kv.m sahədə yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində 1 nəfər qadın özünü dənizə atmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:34-də başa çatmışdır;

Xaçmaz rayonu, Manafoba kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot tayasının 2 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftinin mühərrikxanasında insan cəsədinin olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə naməlum kişi cəsədini liftin mühərrikxanasından çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 17:58-də başa çatmışdır.

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan internet klubun elektrik şiti yanmış və yüksək temperaturdan lambir 1 kv.m sahədə ərimişdir. Salon yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Aşağı Seyfəli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və çardağına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın zamanı 4 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.