Lənkəran rayonu, Xanbulan kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda Səhiyyə Nazirliyinə məxsus Respublika narkoloji dispanserin ərazisində 600 kv.m sahədə qamışlıq sahə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 oktyabr 2012-ci il tarixində Bakı vaxtı ilə saat 16:42-də İsmayıllı rayonundan 17 km cənub-şərqdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 5,4 bal olmuşdur. Zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında 5,0 bal, respublikanın əksər şəhər və rayonlarında, o cümlədən Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 4,0-2,0 bal gücündə hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı olmamışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olmuş və giriş qapısını açmışdır. Uşaq valideynlərinə təhvil verilmişdir. Əməliyyat saat 01:28-də başa çatmışdır;
Yexlax şəhəri, Xaldan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 78 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Beyləqan rayonu, Birinci Şahsevən kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.