Geri

7 oktyabr 2012-ci il, saat 09:00-dək

Goranboy rayonunda ümumi sahəsi 1460 kv.m olan inzibati binanın dam örtüyü 400 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Kiçik Dəhnə kəndində (rayon mərkəzindən 70 km aralı) dağlıq ərazisində 2 ha sahədə  kol-kos yanmışdır. Yaxınlıqdakı  meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Kiçik Əmili kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaş məxsus ümumi sahəsi 40  kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə  və  yaxınlıqda  yığılmış 1,8 ton ot bağlamasının 0,6 tonu  yanmışdır.  Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qğuz rayonu, Ərmənəd kəndində (rayon mərkəzindən  25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan birmərtəbəli 3 otaqlı  evin dam örtüyü 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar və giriş qapısını açmışlar. Əməliyyat saat 20:03-də başa çatmışdır;

Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 800 kv.m olan toyuq fermasının  dam örtüyü  350 kv.m sahədə və içərisinə yığılmış 1,5 ton istifadəyə yararsız fındıq ləpəsi yanmışdır. Fermanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan avtomobil təmir sexinin taxta konstruksiyadan ibarət dam örtüyü 30 kv.m sahədə və qarajın içərəsində təmirə dayanmış sahibi məlum olmayan "Mercedes" markalı minik  avtomobilinin qabaq hissəsi yanmışdır. Qarajın, avtomobilin qalan hissəsi və qarajın içərisində olan digər avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:45-də başa çatmışdır.

 Sumqayıt Dövlət Universitetinin  4 mərtəbədən ibarət əsas binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan oxu zalının döşəməsi, əşyalar 5 kv.m sahədə və 1 ədəd pəncərə çərcivəsi yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;  

Balakən rayonu, Kortala kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan  hissəsi  yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;  

Gəncə şəhərində, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan yeməkxananın tavanı yanmışdır.Yanğından yeməkxananın qalan hissəsi və bitişik ev mühafizə olunmuşdur.Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.