Geri

24 oktyabr 2012-ci il saat 09:00-dək

Biləsuvar rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olmuş, giriş qapısını daxildən açmışdır. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 17:10-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan üçmərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər kişi mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olmuş, giriş qapısını daxildən açmışdır. Mənzilə baxış keçirilərkən zərərçəkmiş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış müayinə nəticəsində məlum olmuşdur ki, 1952-ci il təvəllüdlü Tehran Şəmsəddin oğlu İsmayılov ölmüşdür. Xilasedicilər cəsədi aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 18:36-da başa çatmışdır;

Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə və çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlaması və yaxınlıqda dayanmış "Moskviç" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Seyidlər kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.