Geri

23 oktyabr 2012-ci il, saat 20:00-dək, ilkin məlumata əsasən

Biləsuvar rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 16 kv.m.sahədə yanmışdır.Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin pəncərəsindən adıçəkilən mənzilə daxil olmuş, giriş qapısını içəri tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş yataq otağında yıxılmış və huşsuz vəziyyətdə aşkarlanmış və hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilmişdir. Əməliyyat saat 17:10-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan  üçmərtəbəli fərdi evin 1-ci mərtəbsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları  35 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən həmin mənzilin pəncərəsindən adıçəkilən mənzilə daxil olmuş, giriş qapısını içəri tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş döşəmədə huşsuz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı zərərçəkmiş, 1952-ci il təvəllüdlü İsmayılov Tehran Şəmsəddin oğlunun vəfat etdiyi müəyyən olunmuşdur. Xilasedicilər cəsədi hadisə yerində olan Hüquq Mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini təmin etmişlər. Əməliyyat saat 18:36-da başa çatmışdır.

 

Geri

23 oktyabr 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus hazırda təmir olunan, hər mərtəbəsi 400 kv.m olan üçmərtəbəli mansard tipli fərdi yaşayış evinin mansardının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evinin dam örtüyü 12 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Qoxmuq kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan istirahət guşəsinin ərazisində yerləşən çayxananın polietilendən ibarət üst örtüyü və 15 ədəd stul yanmışdır. Çayxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.