Geri

22 oktyabr 2012-ci il, saat 17:00-dək ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus hazırda təmir olunan, hər mərtəbəsi 400 kv.m olan üçmərtəbəli mansard tipli fərdi yaşayış evinin mansardının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan birmərtəbəli 1 otaqlı tikilinin dam örtüyü 12 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

22 oktyabr 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşdur. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 10:24-də başa çatmışdır;

Balakən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli kürsülü fərdi yaşayış evinin zirzəmisində ümumu sahəsi 22 kv.m olan mətbəx kimi istifadə olunan otağın lambirindən ibarət üzlüyü və ev əşyaları yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Baki şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyalardan ibarət talvar 20 kv.m sahədə yanmışdır. Talvarın qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Yuxarı Kəbirli kəndində (rayon mərkəzindən 22 km aralı) “KEY” markalı kombaynın mühərrik hissəsi və 3 ədəd təkəri yanmışdır. Kombaynın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Sarıbulaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin mətbəxində qaz sızmasından partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Partlayış nəticəsində 4 nəfər ev sakini yanıq xəsarətləri almış və xəstəxanaya aparılmışlar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1942-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından qalxaraq daxil olmuşdur. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində məlum olmuşdur ki, Gülsüm Ağanəcəf qızı Əzizova vəfat etmişdir. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:51-də başa çatmışdır;

Cəlilabad rayonu, Dələli kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda, Şəki-Qazax yolunun 10-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirlərkən məlum olmuşdur ki, avtomobilin sürücüsü bədən xəsarətləri almış və avtomobildə olan sərnişin – 1988-ci il təvəllüdlü Səmədov Rüfət hadisə yerində ölmüşdür. Yanğınsöndürən-xilasedicilər tərəfindən köməklik göstərilərək hər 2 şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 23:33-də başa çatmışdır;

Gədəbəy rayonu, Göyəlli kəndində (71 saylı YMB-dən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “BMW” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı reklam lövhəsinə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirlərkən məlum olmuşdur ki, şəxsiyyəti məlum olmayan sürücü xəsarət almış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış yaralını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 01:53-də başa çatmışdır.