Geri

21 oktyabr 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda məhkəmə binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırmışdır. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə axtarış işləri aparmışlar. Məhkəmə binasında və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 11:31-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri dəmiryol stansiyası ərazisində qazıntı işləri aparılan  zaman partlayıcı qurğu aşkar  olunmuşdur. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə insanları təhlükəsiz əraziyə uzaqlaşdırılmasını təmin edərək kənar şəxslərin girişini məhdudlaşdırmışlar. Xidmətin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, bu partladıcısı üzərində olan 1 ədəd 120 mm tank mərmisidir. Ərazidə digər partlayıcı qurğu və ya təhlükəli əşya aşkar olunmamışdır. Əməliyyat saat 13:40-da başa çatmışdır;

 Yevlax rayonu, Havarlı kəndində (133 saylı YMB-dən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin damına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və televizor yanmışdır. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür;

 Abşeron rayonu, Mehdiabad qəsəbəsində Abşeron Şərab Açıq Səhmdar Cəmiyyətinə məxsus ümumi sahəsi 1000 kv.m olan spirt saxlanılan anbarda həcmi 25 ton olan çəndən ətrafa dağılmış spirt məhsulları 100 kv.m sahədə yanmışdır. Anbarın qalan hissəsi və içərisinə yığılmış spirt dolu çənlər yanğından mühafizə olunmuşdur. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər işçi yanıq xəsarətləri ilə aidiyyəti üzrə aparılmışdır. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

 Qazax rayonu, Kosalar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 12 ton ot tayasının 5 tonu yanmışdır. Yanğın zamanı 1 nəfər qol nahiyəsindən yanıq xəsarəti almışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:11-də başa çatmışdır;

 Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Şəmkir rayonu, Dəllər qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan köməkçi tikilinin dam örtüyü 25 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.