Geri

20 oktyabr 2012-ci il, saat 14:00-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda məhkəmə binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırmışdır. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə axtarış işləri aparmışlar. Məhkəmə binasında və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 11:31-də başa çatmışdır.

Geri

20 oktyabr 2012-ci il saat 09:00-dək

Oğuz rayonu, Padar kəndində vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan birmərtəbəli 3 otaqlı və aynabənddən ibarət olan fərdi yaşayış evinin 2 otağı və aynabəndin yanar konstruksiyaları 56 kv.m sahədə yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Ağcəbədi şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 25 ton ot baglamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 9-cu mərtəbənin eyvanına enməklə içəri daxil olmuşdur. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 21:08-də başa çatmışdır;

 Qax rayonu, Əmircan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan yardımçı tikilinin dam örtüyünun yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;