Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının damından 9-cu mərtəbəsinin eyvanına enməklə içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkar edilmişdir. Əməliyyat saat 21:08-da başa çatmışdır.
Oğuz rayonu, Padar kəndində vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin, 2 otağın və aynabəndin yanar konstruksiyaları 56 kv. m sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağcəbədi şəhərində, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 25 ton ot baglamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Cəlilabad rayonunda (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "OPEL VECTRA" markalı minik avtomobilinin arxa oturacağı və arxa qapıların üzlüyü yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonunda (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarda dəmir konstruksiyalı Saat qülləsində bir nəfər intihara cəhd etmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs təxminən 30-40 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olmuşdur. Xilasedicilər vətəndaşla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını almışdır. Xilasetmə əməliyyatı saat 19:58-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Zərərçəkmiş qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:33-də başa çatmışdır;
Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyaları 100 kv.m sahədə və talvarın altına yığılmış 25 ton ot bağlamasının 5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:47-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə qalxaraq içəri daxil olmuşdur. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:31-də başa çatmışdır;
Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyadan ibarət satış köşkünün yanar konstruksiyaları və içərisindəki ərzaq malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Neftçala rayonu, Aşağı Qaramanlı kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 22 ton ot bağlamasının 12 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 3 otaqlı fin tipli taxta konstruksiyalardan ibarət fərdi yaşayış evi və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.