Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dövlət Bayrağı Meydanı yaxınlığında dənizin nəzarət olunmayan hissəsində insan cəsədinin aşkarlanması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:55-də başa çatmışdır;
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir və mənzildən axan su aşağı mərtəbələrə keçmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı və şaxtadan keçən su borusunda yaranmış nasazlıq səbəbindən suyun mənzilə axdığı müəyyən olunmuşdur. Xilasedicilər həmin mənzilin su təchizatını kəsmişlər. Əməliyyat saat 11:09-da başa çatmışdır;
Ucar rayonu, Bərgüşad kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzildə eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Yanğın saat 14:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu, Xırdalan şəhərində "VAZ" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 15:21-də başa çatmışdır;
Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin pəncərəsindən keçərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:24-də başa çatmışdır;
Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən keçirilən ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən edilmişdir. Həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:08-də başa çatmışdır;
Xəzər dənizinin Bakı şəhəri, Bilgəh qəsəbəsi sahilində dənizin nəzarət olunan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:20-də başa çatmışdır;
Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaşın yıxıldığı və bu səbəbdən qapını aça bilmədiyi məlum olmuşdur. Həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:22-də başa çatmışdır;
Cəlilabad rayonu, Göytəpə şəhərində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları 88 kv.m sahədə yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy şəhərində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanmışdır. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Beyləqan rayonu, Bahar qəsəbəsində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirmiş və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:06-da başa çatmışdır.