Salyan rayonu, Aşağı Noxudlu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 22 kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Samux rayonu, Qarayeri qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda "UAZ" markalı yük avtomobili aşmışdır. Nəticədə, həmin avtomobilin yük yerində olan oksigen və propan balonlarının bir hissəsi ətrafa səpələnmişdir. Hadisə yerinə dərhal cəlb edilmiş xilasedicilər və yanğınsöndürənlər tərəfindən baş verə biləcək partlayış hadisəsinin qarşısını almaq məqsədilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 12:15-də başa çatmışdır;
Şəmkir rayonu, Qasımalılar kəndində (rayon mərkəzindən 15 km aralı) açıq sahəyə yığılmış vətəndaşa məxsus 6,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda dördmərtəbəli inzibati binanın liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirmiş və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:33-də başa çatmışdır;
Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları 6 kv.m sahədə və soyuducu yanmışdır. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonunda, Goranboy Rayon Bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Qaratəpə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və həmin talvarın altına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Hacallı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və həmin tövlənin damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əyləncə mərkəzinin ümumi sahəsi 80 kv.m olan təsərrüfat anbarında məişət avadanlıqları 4 kv.m sahədə yanmış və yüksək temperaturdan lambrindən ibarət tavanın yanar konstruksiyalar 40 kv.m sahədə ərimişdir. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.