Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 35 km aralı) ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 11 km aralı) "Mercedes" markalı minik avtomobili ağaca çırpılmışdır. Nəticədə, sürücü - 1987-ci il təvəllüdlü Muntean Pa Stepanoviç həlak olmuş, sərnişin yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə P.S.Munteanın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 15:36-da başa çatdırılmışdır;
Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 16 km aralı) ümumi sahəsi 390 kv.m olan birmərtəbəli 6 otaqlı klubun yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Göyməmmədli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı və 7-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə endirmiş və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:46-da başa çatmışdır;
Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan tövlənin yanar konstruksiyaları 35 kv.m sahədə və yaxınlıqdakı talvarın altına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qəbələ rayonu, Topbağ kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 39 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəki rayonunda "Kamaz" markalı yük avtomobili çaya düşmüşdür. Nəticədə, sürücü yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:45-də başa çatmışdır;
İsmayıllı rayonu, Diyallı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.