Xəzər dənizinin Sumqayıt şəhəri sahilində, dənizin nəzarət olunan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 15:50-də başa çatmışdır;
Mingəçevir şəhərində, dördmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 17:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:47-də başa çatmışdır;
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin cəsədi tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 06:47-də başa çatmışdır.