Geri

10 sentyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaşın yıxıldığı və bu səbəbdən qapını aça bilmədiyi məlum olmuşdur. Həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:18-də başa çatmışdır; 

Xəzər dənizinin Bakı şəhəri, Mərdəkan qəsəbəsi sahilində dənizin nəzarət olunan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:05-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci və 6-cı mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:06-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:20-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda "Mercedes", "VAZ" və "AzSamand" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 23:18-də başa çatmışdır;

Gədəbəy rayonu, Köhnəqışlaq kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 11 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "Mazda" markalı minik avtomobili aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 00:52-də başa çatmışdır; 

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda "Qazel" markalı yük avtomobili səkiyə çırpılaraq aşmışdır. Nəticədə, avtomobildə olan azyaşlı uşaq yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 06:18-də başa çatmışdır.