Geri

1 sentyabr 2011-ci il, saat 09:00-dək

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 196 kv.m olan yeməkxananın yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:05-də başa çatmışdır;

Lənkəran rayonu, Ülgə kəndində vətəndaşa məxsus ümumi sahəsi 71 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan 7 otaqlı mənzilin mətbəxində dolab və qaz sobası yanmışdır. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-cı və 8-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 8-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:41-də başa çatmışdır;

Masallı rayonu, Xıl kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda 1 "Qaz", 1 "Tofaş" və 2 "Vaz" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər dörd nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Qaz" markalı nəqliyyat vasitəsinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:35-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda, doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:40-da başa çatmışdır;

Siyəzən rayonu, Gilgilçay qəsəbəsində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin yanar konstruksiyaları 30 kv.m. sahədə yanmışdır. Yanğın saat 02:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda onsəkkizmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Qaraməmmədli kəndi yaxınlığında yerləşən göldə batan 1958-ci il təvəllüdlü Əliyev Əliheydər Sərdar oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:30-da başa çatmışdır.