Geri

9 avqust 2011-ci il, saat 17:00

Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olmuşdur. Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülmüşdür. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olmuş, 15 nəfər yaralanmış, 7 avtomobil yanmışdır.
Hazırda ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.

Geri

9 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qarajın içərisinə yığılmış əşyalar 3 kv.m sahədə və həmin qarajın yaxınlığında yığılmış məişət tullantıları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 75 kv.m sahədə yanmışdır. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:27-də başa çatmışdır;

Tovuz rayonu, Göyəbaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 20 kv.m sahədə və çardağa yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı şəhərində "Lada" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:59-da başa çatmışdır;

Zərdab rayonu, Körpükənd kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:05-də yanğınsöndürənlər  tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:02-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:05-də başa çatmışdır;

Qax rayonu, Güllük kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan hazırda fəaliyyət göstərməyən dükanın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "Vaz" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobillərdən birinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:27-də başa çatmışdır;

Sumqayıt şəhərində "Vaz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı daşa çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü və 2 sərnişin yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:16-da başa çatmışdır;

Xəzər dənizinin Bakı şəhəri, Türkan qəsəbəsi sahillərində batdığı ehtimal edilən şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlarına başlanmışdır.