Geri

8 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 10 kv.m sahədə yanmışdır. Yanğın saat 09:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində hazırda fəaliyyət göstərməyən balıq kombinatının ərazisində ümumi sahəsi 180 kv.m olan tara sexinin yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli sağlamlıq klubunda 1-ci mərtəbənin yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 10:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Həziabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 1,7 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 4 otaqlı mənzilin 1 otağında döşəmənin yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədə, digər vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 4 otaqlı mənzildə pəncərə çərçivəsi və tavanın yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 12:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Hacıqədirli kəndində (rayon mərkəzindən 18 km aralı) Hacıqədirli Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə quru ot yanmışdır. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Neftçala sahillərində nəzarət olunan ərazidə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:30-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda Mexaniki Təmir zavodunun ərazisində ümumi sahəsi 1000 kv.m olan dəmirəritmə sexində yerə dağılmış mazut 100 kv.m sahədə yanmışdır. Sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 2000 kv.m olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan otağın yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "Hyundai" və "Opel" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Opel" markalı avtomobilin sürücüsü yaralanmışdır. Xilasedicilər tərəfindən yaralıya hadisə yerinə ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 22:52-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda "Nissan" və "Daewoo" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Nissan" markalı avtomobildə olan şəxs yaralanmışdır. Xilasedicilər tərəfindən yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 01:54-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda "Vaz" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilində olan 2 nəfər yaralanmışdır. Xilasedicilər tərəfindən yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 02:21-də başa çatmışdır.