Geri

7 avqust 2011-ci il, saat 09:00-dək

Şəmkir rayonu, Keçili kəndində (rayon mərkəzindən 18 km aralı) Keçili Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Binə Xocavar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və həmin tikilinin içərisinə yığılmış əşyalar 16 kv.m sahədə  yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Abşeron rayonu, Novxanı sahilində, dənizin nəzarət olunan hissəsində 2 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:40-da başa çatmışdır;

Abşeron rayonu, Novxanı kəndində vətəndaşa məxsus beşmərtəbəli otel binasının 3-cü, 4-cü və 5-ci mərtəbələrinin pilləkən qəfəsində quraşdırılmış elektrik şitləri yanmış, yüksək temperaturdan kabellərin 9 p.m hissəsi ərimişdir. Yanğın saat 20:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Şiləvəngə kəndində (rayon mərkəzindən 10 km aralı) Şiləvəngə Kənd Bələdiyyəsinə məxsus ərazidə 8 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Çəmənli kəndində (rayon mərkəzindən 33 km aralı) Çəmənli Kənd Bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşdür. Əməliyyat saat 01:16-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq fərdi evdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dəmir barmaqlıqları kəsərək pəncərədən evə daxil olmuş və giriş qapısını açmışlar. Evdə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:28-də başa çatmışdır; 

Bakı şəhəri, Binəqədi rayonunda "Vaz" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü, 1970-ci il təvəllüdü Alıyev Bəhruz Məhəmməd oğlu həlak olmuş, 1 nəfər sərnişin isə yaralanmışdır. Xilasedicilər tərəfindən yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 04:39-də başa çatmışdır;

Ağstafa rayonu, Zəlimxan kəndində (rayon mərkəzindən 10 km aralı) Zəlimxan Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi və yaxınlıqdan keçən dəmir yol xəttində 13 ədəd taxta şpal yanmışdır. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "Vaz" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobillərindən birində olan 3 nəfər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 07:10-da başa çatmışdır;

Samux rayonu, Burunqovaq kəndində yaşayış evlərinin yağış suları ilə dolması barədə məlumat daxil olmuşdur. Dərhal aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, kənd ərazisində əkin sahələrinin müəyyən hissəsi və bəzi tikililərin zirzəmiləri yağış və qrunt suları ilə dolmuşdur. Hazırda ərazidə aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq işlər görülür.