Geri

5 avqust 2011-ci il, saat 09:00-dək

Qəbələ rayonu, Mirzəbəyli kəndində "Vaz" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxararaq ona hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 10:50-də başa çatmışdır;   

Şəmkir rayonu, Çaparlı kəndində (rayon mərkəzindən 25 km aralı) Çaparlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan qarajın yanar konstruksiyaları və həmin qarajın içərisinə yığılmış avtomobil şinləri yanmışdır. Yanğın saat 12:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Xan Qərvənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Suçma kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 3,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Parakənd kəndində (rayon mərkəzindən 16 km aralı) Parakənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:56-da başa çatmışdır;

Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində (rayon mərkəzindən 25 km aralı) Zəyəm Cırdaxan Kənd Bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Tağlabiyan kəndində (rayon mərkəzindən 36 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları, həmin tövlənin çardağına yığılmış 3 ton ot bağlaması, tövləyə bitişik tikilmiş ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altında dayanmış "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Sumağa kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 18 km aralı) İrmaşlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi və 10 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Qabaqçöl qəsəbəsində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan tövlənin dam örtüyünün yanar  konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Balçılı kəndində (rayon mərkəzindən 22 km aralı) Balçılı Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha kol-kos yanmışdır. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 70 kv.m olan 1 otaqlı taxta konstruksiyadan ibarət fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Fərəhli kəndində (rayon mərkəzindən 20 km aralı) Fərəhli Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə quru ot yanmışdır. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidinin sınması nəticəsində vətəndaş mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Bununla da xilasedicilər tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 03:23-də başa çatmışdır;

Yuxarı Şirvan kanalının Göyçay rayonunun Potu kəndi ərazisindən keçən hissəsində batmış 1996-cı il təvəllüdlü Rüstəmov Kamran Elnur oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi batdığı yerdən 8 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 04:30-da başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 04:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Göyşaban kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında, Xəzər dənizinin nəzarət olunan hissəsində 2 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.