Geri

4 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda "Vaz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı gölə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü - 1953-cü il təvəllüdlü Məmmədov Şəfaqət Ağamirzə oğlu həlak olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobili sudan çıxarmış, xüsusi alət və avadanlıqlar vasitəsilə Ş.Məmmədovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 09:05-də başa çatmışdır; 

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus mebel bazasının ərazisində 2 ha sahədə quru ot yanmışdır. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda istehsalat kommersiya müəssisəsinin ət məmulatları sexinin həyətində yerləşən kompressorlarda partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Partlayış nəticəsində müəssisənin sahibi - 1969-cu il təvəllüdlü Ağagülov Rövşən Əbdül oğlu, ustalar - 1971-ci il təvəllüdlü Vahabov Asəf Əhmədəli oğlu və Xəlilov Ruslan Knyaz oğlu həlak olmuş, hadisə yerində olan daha 3 nəfər isə yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır;

Lənkəran rayonu, Girdəni kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 143 kv.m olan ikimərtəbəli, 6 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 28 kv.m sahədə yanmışdır. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 15 km aralı) Köçəsgər Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Həmin ərazidə olan fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu ərazisində yerləşən gölün nəzarət olunmayan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 15:25-də başa çatmışdır.

Bakı şəhəri, Xətai rayonunda "Vaz" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Yanğın saat 15:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu Böyük Kolatan kəndində (rayon mərkəzindən 12 km aralı) Böyük Kolatan Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə yabanı otlar və kol-kos yanmışdır. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Aran kəndində (rayon mərkəzindən 45 km aralı) Aran Kənd Bələdiyyəsinə məxsus ərazidə 16 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Qozağacı kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, həmin tövlənin yaxınlığında yığılmış 27 ton ot bağlaması və 30 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 17:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Lənkəran şəhəri sahilində, nəzarət olunan ərazidə azyaşlı uşaq valideyn nəzarəti olmaması səbəbindən suda batma təhlükəsi ilə üzləşmişdir. Uşaq Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 18:15-də başa çatmışdır;

Göygöl rayonu, Dozular kəndində (rayon mərkəzindən 32 km aralı) Dozular Kənd Bələdiyyəsinə məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi və 10 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 1000 kv.m olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1955-ci il təvəllüdlü Məmmədov Bəylər Qulam oğlu hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində B.Məmmədovun vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:59-da başa çatmışdır;

Şəki rayonu, Suçma kəndində (rayon mərkəzindən 35 km aralı) Suçma Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 900 kq ot bağlaması yanmışdır. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Alatəmir kəndində (rayon mərkəzindən 15 km aralı) Alatəmir Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Nardaran sahillərindən aralıda yerləşən qayalıq əraziyə üzərək gəlmiş 3 nəfərin yorulması səbəbindən geri dönə bilmədikləri barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxslər xilas edilmişdir. Əməliyyat saat 20:41-də başa çatmışdır;

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Şilyan kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və həmin tövlənin yaxınlığında yığılmış 12 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində Qarayazı Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Ayıblı kəndində 3 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax şəhərində 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində 3 ha sahədə qamışlıq yanmışdır. Yaxınlıqdakı yaşayış evləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Yeddi Oyma Şıxlar qəsəbəsində (rayon mərkəzindən 9 km aralı) ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin çardağının yanar konstruksiyaları 21 kv.m sahədə və çardağa yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan mebel sexinin yanar konstruksiyaları və sexin içərisində olan taxta qırıntıları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 300 kv.m olan üçmərtəbəli fərdi evdə əşyalar 6 kv.m sahədə və kondisioner yanmışdır. Yanğın saat 00:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Səadət və Qarabağlılar kəndlərində (rayon mərkəzindən 14 km aralı) hər iki kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Mədrəsə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli, 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 02:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus həyətyanı sahədə quru ot və ağaclar 1200 kv.m sahədə yanmışdır. Yanğın saat 03:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Yanğın saat 04:45-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonunda dağlıq ərazidə otlaq və kol-kos sahəsinin yanması və ərazidə müşahidə edilən küləkli hava şəraitinin alovun sürətlə yayılmasına səbəb olması barədə məlumat daxil olmuşdur. Nazirliyin 200 nəfərdən çox canlı qüvvəsi və 14 ədəd texnikası, o cümlədən 3 helikopteri və 1 ədəd "Be-200" markalı amfibiya təyyarəsi hadisə yerinə cəlb edilmişdir. Yaxınlıqda yerləşən fermalar, meşə zolağı və yüksək gərginlikli elektrik dirəkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilmişdir. Ümumi sahəsi 800 ha təşkil edən yanğın nazirliyin müvafiq qüvvələri tərəfindən saat 08:55-də söndürülmüşdür;

Yuxarı Şirvan kanalının Göyçay rayonun Potu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır.