Geri

3 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Bitişik tikilmiş ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:12- də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Abışabad kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan tövlənin yanar konstruksiyaları 32 kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:54-də başa çatmışdır;

Quba rayonu, Qırmızı qəsəbəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 140 kv.m olan çayxananın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 15 km aralı) Cəyirli Kənd Bələdiyyəsinə məxsus ərazidə 7 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 22 ha olan quşçuluq fermasının 2 sexində dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə, fermanın ərazisində 10 ha sahədə quru ot və həmin əraziyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 10 km aralı) Digah Kənd Bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl sahəsinin yanması barədə məlumat daxil olmuşdur. Nazirliyin 80 nəfərə qədər canlı qüvvəsi və 11 ədəd texnikası dərhal hadisə yerinə cəlb edilmişdir. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilmişdir. Ümumi sahəsi 70 ha təşkil edən yanğın nazirliyin müvafiq qüvvələri tərəfindən saat 16:41-də söndürülmüşdür;

Oğuz rayonu, Padar kəndində "Mitsubishi" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Şağlaser kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda dənizdə dayanacaqda dayanmış gəzinti yaxtasının kayutasında taxta üzlüklər və yataq dəsti 15 kv.m sahədə yanmışdır. Yaxtanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Lənkəran rayonu, Göyşaban kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Kəpənəkçi kəndində (rayon mərkəzindən 33 km aralı) Kəpənəkçi Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Əlibayramlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Rustov kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Vaz" və "Chevrolet" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı avtomobilin sürücüsü - 1984-cü il təvəllüdlü Vəliyev Amil Rüfət oğlu və "Chevrolet" markalı minik avtomobilinin sürücüsü Nağıyev Teymur həlak olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobillərdə sıxılmış vəziyyətdə qalmış A.Vəliyevin və T.Nağıyevin cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:50-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ümumi sahəsi 1500 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə, anbara bitişik yığılmış 30 kub metr həcmdə taxta materiallar və yaxınlıqda dayanmış "Kamaz" markalı yük avtomobilinin kabinəsi qismən yanmışdır. Yanğın saat 21:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində istehsalat sexinin ərazisinə yığılmış soyutma qurğusunun izolyasiya qatının istehsalat tullantıları 30 kv.m sahədə yanmışdır. Sex yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 2 avqust 2011-ci il tarixində saat 23:26-da Gədəbəy şəhərindən 43 kilometr şimal-şərqdə 12 ballıq cədvəl üzrə episentrdə 3,0 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ Şəmkir rayonunda 2,5 bal, Gəncə şəhərində 2,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1955-ci il təvəllüdlü Sultanov Rəşid Ağatalıb oğlu hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində qeyd olunan şəxsin vəfat etdiyi məlum olmuşdur. Xilasedicilər tərəfindən R.Sultanovun cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:08-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda "Azərenerji" ASC-yə məxsus transformatordan çıxan kabelin 6 p.m hissəsi yanmışdır. Yanğın saat 00:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 20 ton ot bağlaması yanmışdır. Bitişik tikilmiş ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 11 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 3 nəfər, nəzarət olunmayan hissəsində isə 2 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.