Geri

25 avqust 2011-ci il, saat 09:00-dək

Masallı rayonu, Köhnə Alvadı kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli, 8 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Mollacəlilli kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 37 kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində "PAZ" markalı sərnişin avtobusunun salon hissəsi yanmışdır. Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə altımərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:33-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış, qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:53-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları yanmışdır. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur.