Geri

24 avqust 2011-ci il, saat 09:00-dək

Astara rayonu, Şahağacı kəndində (rayon mərkəzindən 18 km aralı) ümumi sahəsi 65 kv.m olan birmərtəbəli, 2 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus yaşayış evinin həyətyanı sahəsində yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində, Bığır Kənd Bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 15:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Şabran-Xaçmaz avtomobil yolunun 38-ci kilometrliyində "NİSSAN" markalı minik və "QAZEL" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsinin yanar hissələri yanmış, yük avtomobilinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Bakı şəhəri, Səbail rayonu sahilində nəzarət olunmayan ərazidə batmış 1957-ci il təvəllüdlü Naqumanov Nuray Rəşidoviçin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmışdır. Əməliyyat saat 17:50-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:53-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda orta məktəbə məxsus binanın ərazisində ümumi sahəsi 100 kv.m olan yardımçı tikilinin içərisinə yığılmış 10 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Poylu qəsəbəsində (rayon mərkəzindən 10 km aralı), Poylu Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 00:08 də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Seyid Sadıqlı kəndində (rayon mərkəzindən 11 km aralı) ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 6 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Yanğın saat 05:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.