Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:39-da başa çatmışdır;
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə altımərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:23-də başa çatmışdır;
Sabirabad rayonu, Xəlfəli kəndi ərazisindən keçən kanalda batmış 2004-cü il təvəllüdlü Əzizov Çingiz Yaşar oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 500 metr aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:30-da başa çatmışdır;
Bakı şəhəri, Yasamal rayonunda mənzilin giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər şəxs mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onaltımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Bununla da zərərçəkmişə xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 18:24-də başa çatmışdır;
İmişli rayonu, Qaraqaşlı kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Hişkədərə kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində ondördmərtəbəli yaşayış binasının damından 1 nəfərin özünü ataraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin şəxslə müvafiq söhbət aparmış və yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı xilas etmişlər. Əməliyyat saat 23:47-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:56-da başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili sürücünün idərəetməsindən çıxaraq səkiyə çırpılmışdır. Nəticədə, sürücü yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin? ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 03:27-də başa çatmışdır;
Salyan rayonu, Seyidsadıqlı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 13 ton ot bağlaması yanmışdır. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Qaratəpə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və həmin tövlənin yanına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonunda, Bakı-Tbilisi avtomobil yolunun 465-ci kilometrliyində "Mercedes" markalı sərnişin avtobusunun mühərrik hissəsi qismən yanmışdır. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.