Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) Ərkivan Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 1 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 8 km aralı) Şiştəpə Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 15:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağstafa rayonu, Saloğlu kəndində (rayon mərkəzindən 15 km aralı) dəmir yol xəttinin ətrafında 10 ha sahədə kol-kos və 4 ədəd şpal yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Göygöl rayonu, Göyçəkənd kəndində (rayon mərkəzindən 20 km aralı) Göyçəkənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində "Vaz" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, 2 nəfər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:50-də başa çatmışdır;
Şirvan şəhərində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 1275 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və həmin fermanın içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonu, Aşağı Öysüzlü kəndində (rayon mərkəzindən 5 km aralı) Aşağı Öysüzlü Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə quru ot yanmışdır. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonu, Aşağı Öysüzlü kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:51-də başa çatmışdır;
Neftçala rayonu, Xol Qaraqaşlı kəndində vətəndaşa məxsus sahədə 50 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
İsmayıllı rayonu, Zeyvə kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və həmin evin 1-ci mərtəbəsində yerləşən qaraja yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.