Geri

2 avqust 2011-ci il, saat 17:00

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:54-də başa çatmışdır;

Quba rayonu, Digah kəndində biçilmiş taxıl sahəsinin yanması və yanğının genişlənərək Alpan kəndindəki yaşayış evlərinə keçmə ehtimalının olması barədə məlumat daxil olmuşdur. Nazirliyin 80 nəfərə qədər canlı qüvvəsi və 11 ədəd texnikası dərhal hadisə yerinə cəlb edilmişdir. Alpan kəndi və həmin ərazidən keçən yüksək gərginlikli elektrik xətləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilmişdir. Ümumi sahəsi 80-90 ha təşkil edən yanğın saat 16:10-da söndürülmüşdür. Hazırda Nazirliyin müvafiq qüvvələri tərəfindən müşahidə olunan xırda tüstülənmələrin söndürülməsi istiqamətində müvafiq iş aparılır.

Geri

2 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:22-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda "Kia" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarına yuvarlanmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, həmin avtomobildə olan 4 nəfər xəsarət almışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə yaralıları avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:34-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunun Zuğulba sahillərində qayıqla üzən 2 nəfərin sahilə qayıda bilmədiyi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin qayıq sahildən 2000-2200 metr aralıda, dənizin nəzarət olunmayan hissəsində aşkarlanmışdır. Vətəndaşlar saat 16:00-da xilasedicilər tərəfindən xilas edilmişdir;

Şəmkir şəhərində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 125 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları 124 kv.m sahədə yanmışdır. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin pəncərəsindən keçərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:44-də başa çatmışdır;

Gədəbəy rayonu, Qumlu kəndində (rayon mərkəzindən 4 km aralı) Qumlu Kənd Bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 18:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda onikimərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:35-də başa çatmışdır;

Cəlilabad rayonu, Göytəpə qəsəbəsində Göytəpə Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı üzüm bağları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində ehtiyat çıxış qapısı yanmışdır. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən hovuzda batmış 2006-cı il təvəllüdlü Salahov Raul Saleh oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:00-da başa çatmışdır;

Qazax rayonu, Kosalar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Mitsubishi" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq qəzaya uğramışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:09-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:19-da başa çatmışdır;

Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Poylu qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) Poylu Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Abbaslı kəndində (rayon mərkəzindən 14 km aralı) Abbaslı Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində Qarayazı Kənd Bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:11-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda "Alfa Romeo" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Yanğın saat 01:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə endirmiş, vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:18-də başa çatmışdır;

Cəlilabad rayonu, Günəşli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Göyşaban kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 1 nəfər və nəzarət olunmayan hissəsində 1 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.