Geri

17 avqust 2011-ci il, saat 09:00-dək

Göygöl rayonu, Mixaylovka kəndində Mixaylovka Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Bahar qəsəbəsində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması və digər vətəndaşa məxsus həyətyanı sahədə 1,2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Həmin şəxsə xilasedicilər tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Əməliyyat saat 13:01-də başa çatmışdır;

İsmayıllı rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 16 km aralı) Təzəkənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi və 500 kv.m sahədə kol-kos yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Göylər kəndində (rayon mərkəzindən 7 km aralı) Göylər Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Padar kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Ərəbcəbirli kəndində (rayon mərkəzindən 9 km aralı) Ərəbcəbirli Kənd Bələdiyyəsinə məxsus ərazidə 40 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında  dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:12-də başa çatmışdır;

Göygöl rayonu, Kərəmli kəndində (rayon mərkəzindən 12 km aralı) Kərəmli Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin sahilində batmış 1989-cu il təvəllüdlü Aslanov Nail Varşa oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd edilən şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:50-də başa çatmışdır;

İsmayıllı rayonu, Soltankənd kəndində (rayon mərkəzindən 27 km aralı) Soltankənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,4 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda onyeddimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində elektrik qutusu yanmışdır. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Zəhmətabad kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci və 8-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:05-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda taxta sexinin ümumi sahəsi 210 kv.m olan taxta yonqarı anbarında 90 kv.m sahədə taxta yonqarı yanmış və yüksək temperaturdan anbarın dəmirdən ibarət örtüyü 100 kv.m sahədə deformasiyaya uğrayaraq çökmüşdür. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "Otoyol" markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yanğın saat 04:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Suçma kəndində (rayon mərkəzindən 35 km aralı) Suçma Kənd Bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Gərmətük kəndində (rayon mərkəzindən 7 km aralı) ümumi sahəsi 169 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyası və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları 35 kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.