Geri

16 avqust 2011-ci il, saat 09:00-dək

Hacıqabul rayonu, Paşalı kəndində (rayon mərkəzindən 41 km aralı) ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 15 km aralı) Dəllər Cəyir Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi və 2 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində (rayon mərkəzindən 8 km aralı) "Niva" markalı kombaynın mühərrik hissəsi və 1 ədəd qabaq təkəri yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Məzəm kəndində (rayon mərkəzindən 22 km aralı) Məzəm Kənd Bələdiyyəsinə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:30-da başa çatmışdır;

Şəki rayonu, Təpəcənnət kəndində (rayon mərkəzindən 40 km aralı) Təpəcənnət Kənd Bələdiyyəsinə məxsus ərazidə 11 ha sahədə quru ot yanmışdır. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Astanlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan ərzaq dükanının yanar konstruksiyaları və həmin dükanın içərisində olan mallar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Mirikənd kəndində (rayon mərkəzindən 13 km aralı) "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılmışdır. Nəticədə, sürücü yaralanmış, sərnişin - 1990-cı il təvəllüdlü Babayev Seyman İlqar oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə S.Babayevin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:45-də başa çatmışdır;

Günün müxtəlif saatlarında, Xəzər dənizinin nəzarət olunan hissəsində 2 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.