Geri

14 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci və 6-cı mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldıraraq qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:41-də başa çatmışdır;

Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 14 km aralı) Zarat Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot yanmışdır. Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Kürdəsər kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 15 kv.m sahədə və çardağa yığılmış 0,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən nəzarət olunan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 14:28-də başa çatmışdır;

Ağcabədi rayonu, Salmanbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus fermanın ərazisində 20 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində batmış 1990-cı il təvəllüdlü Göyçayev Rafiq Elşad oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:30-da başa çatmışdır;

Bakı Şəhəri, Binəqədi rayonunda "Opel" və "Vaz" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobillərdə olan 4 nəfər yaralanmışdır. Xilasedicilər yaralılara hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:55-də başa çatmışdır;

Abşeron rayonunda 3 ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Mülkülü kəndində (rayon mərkəzindən 15 km aralı) Mülkülü Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Abşeron rayonu, Novxanı kəndinin sahilində nəzarət olunmayan ərazidə suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 18:15-də başa çatmışdır;

Qazax rayonu, Daş Salahlı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 12 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Bayramkoxalı kəndində (rayon mərkəzindən 30 km aralı) Bayramkoxalı Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində (rayon mərkəzindən 20 km aralı) Bığır Kənd Bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 15 km aralı) Tatlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Köhnə Alvadı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin çardağının yanar  konstruksiyaları 65 kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlaması yanmışıdır. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonunda (rayon mərkəzindən 52 km aralı) 70 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, İsmayılabad kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus 4 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 6 km aralı) dəmiryol xəttində 6 ədəd şpal yanmışdır. Yanğın saat 01:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 2 ədəd transformatorun yanar hissələri, bitişik yerləşən ümumi sahəsi 300 kv.m olan kompressor sexinin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmış, yüksək temperaturdan transformatorun metal konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğramışdır. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.