Geri

13 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və həyətyanı sahənin çəpərinin 4 p.m hissəsi yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:48-də başa çatmışdır;

Bərdə rayonu, Şahvəlilər kəndində vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:02-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Niyazoba kəndində (rayon mərkəzindən 20 km aralı) Niyazoba Kənd Bələdiyyəsinə məxsus ərazidə 7 ha quru ot və 5 ha qamışlıq sahə yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qızıl Avar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və həmin tövləyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində Qarayazı Kənd Bələdiyyəsinə məxsus dağlıq ərazidə 14 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda hazırda fəaliyyət göstərməyən sexin yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Xalxal kəndində (rayon mərkəzindən 20 km aralı) ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə əşyalar 10 kv.m sahədə yanmışdır. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Vaz" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı minik avtomobilinin sürücüsü yaralanmış və 2 sərnişin həlak olmuş, "Mercedes" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin isə yaralanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər yaralılara ilkin tibbi yardım göstərmiş, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:01-də başa çatmışdır.