Geri

12 avqust 2011-ci il, saat 09:00-dək

Xəzər dənizinin Bakı şəhəri, Türkan qəsəbəsi sahilində batmış 1972-ci il təvəllüdlü İsrafilov Ədalət Əmrah oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:45-də başa çatdırılmışdır;

Şəmkir rayonu, Çənlibel kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 15 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus həyətyanı sahədə 1 ton ot bağlaması və 300 kv.m sahədə kol-kos və digər vətəndaşa məxsus həyətyanı sahədə 500 kv.m sahədə kol-kos və çəpərin 10 p.m hissəsi yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Təzə Alvadı kəndində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə və həmin tövlənin damına yığılmış 700 kq ot bağlaması yanmışdır. Yanğın saat 15:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 15 km aralı) Köçəsgər Kənd Bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Sumqayıt şəhəri, Corat qəsəbəsinin sahilində nəzarət olunmayan ərazidə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilər tərəfindən xilas edilmişdir. Əməliyyat saat 17:10-da başa çatmışdır;

Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin yanar konstruksiyaları 40 kv.m sahədə və həmin tövlənin damına yığılmış 2,2 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:46-da başa çatmışdır.