Geri

11 avqust 2011-ci il, saat 10:00-dək

Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu sahilində nəzarət olunan ərazidə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 13:30-da başa çatmışdır;

Goranboy rayonu, Səfikürd kəndində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 103 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 39 kv.m sahədə yanmışdır. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsində (rayon mərkəzindən 25 km aralı) ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Bakı şəhəri, Qaradağ rayonu sahilində nəzarət olunan ərazidə intihar məqsədilə özünü dənizə atmış şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 17:45-də başa çatmışdır;

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasında 6-cı mərtəbədən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 01:57-də başa çatmışdır;

Xəzər dənizinin Bakı şəhəri, Türkan qəsəbəsi sahillərində batmış 1972-ci il təvəllüdlü İsrafilov Ədalət Əmrah oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:45-də başa çatdırılmışdır.