Geri

10 avqust 2011-ci il, saat 09:00-dək

Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Atbulaq kəndində "Kraz" markalı yük avtomobilinin banı, banına qoyulmuş 240 litrlik çəndə olan dizel yanacağı və avtomobilin sağ qabaq təkəri yanmışdır. Yanğın saat 12:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldıraraq vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:43-də başa çatmışdır;

İsmayıllı rayonu, Diyallı kəndində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq qəzaya uğramışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobildə olan sərnişin yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 15:18-də başa çatmışdır;

Hacıqabul rayonunda, Bakı-Qazax avtomobil yolunun 162-ci kilometrliyində (rayon mərkəzindən 50 km aralı) hərəkətdə olan maye qaz daşıyan "Kamaz" markalı yük avtomobilində yanğınla davam edən partlayış baş vermiş və həmin avtomobil yaxınlıqda olan "Azpetrol" yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olmuşdur. Nəticədə, 1965-ci il təvəllüdlü Hacıyev Çingiz İdris oğlu və 1971-ci il təvəllüdlü Babayev Eldar həlak olmuş, həmin ərazidə dayanmış "Man" markalı yanacaq daşıyan avtomobilin arxa hissəsi qismən, yanacaqdoldurma məntəqəsinin 1 ədəd yanacaq doldurmaq üçün istifadə olunan aparatı, məntəqə ərazisində olan "Mercedes" markalı sərnişin avtobusu, 2 "Qaz" və 1 "Vaz" markalı minik, 1 "Qazel" və 1 "Man" markalı yük avtomobillərinin yanar hissələri yanmış, yanacaqdoldurma məntəqəsinin şüşələri qırılmışdır. Həmçinin, hadisə nəticəsində 22 nəfər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanacaqdoldurma məntəqəsinə məxsus yanacaqla dolu yeraltı çənlər, həmin ərazidə olan tikililər və digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Nazirliyin helikopteri vasitəsilə 4 yaralı (2 kişi və 2 qadın) Bakı şəhərinə gətirilmiş və xəstəxanaya yerləşdirilmişdir. Onlardan biri - Səfərov Etibar Tofiq oğlu xəstəxanada vəfat etmişdir.

Xaçmaz rayonu, Xanoba kəndində 1,2 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində Qarayazı Kənd Bələdiyyəsinə məxsus ərazidə 18 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 17:29-da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Turan qəsəbəsində (rayon mərkəzindən 40 km aralı) Turan Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 2,5 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sahilində nəzarət olunan ərazidə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 18:10-da başa çatmışdır;

Şəmkir rayonu, Əliyaqublu kəndində Əliyaqublu Kənd Bələdiyyəsinə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 1 ha sahədə quru ot yanmışdır. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Müqtədir qəsəbəsində "Shevrolet-Niva" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyaları 8 kv.m sahədə və həmin talvarın altına yığılmış 0,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Kənarmeşə kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və həmin tövlənin içərisinə yığılmış 1,2 ton ot bağlaması yanmışdır. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Kamaz" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilin sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:42-də başa çatmışdır.