Geri

1 avqust 2011-ci il, saat 09:00-dək

Ağdam rayonu,  Çəmənli kəndində (rayon mərkəzindən 20 km aralı) ümumi sahəsi 126 kv.m olan ikimərtəbəli 5 otaqlı fərdi evin 1-ci mərtəbəsinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot tayası yanmışdır. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Qayakənd kəndində (rayon mərkəzindən 8 km aralı) 5 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizinin nəzarət olunmayan hissəsində batmış 1985-ci il təvəllüdlü Zeynalov Xəyal Habil oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır;

Şabran rayonu, Zeyvə kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot tayası yanmışdır. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Zəhmətabad kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Alçabulaq kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Şiləvəngə kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşlara məxsus ərazidə 14 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Qarabulaq kəndində (rayon mərkəzindən 25 km aralı) Qarabulaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 95 ha sahədə quru ot və kol-kos yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Tıxlı kəndində (rayon mərkəzindən 3 km aralı) Tıxlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 12 ha sahədə quru ot və kol-kos yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:22-də başa çatmışdır;

Ucar rayonu ərazisindən keçən kanalda batmış 1991-ci il təvəllüdlü Salahov Qara Ədalət oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:40-da başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:45-də başa çatmışdır;

Ağdaş rayonu, Ərəbocaq kəndində "Niva" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq Yuxarı Şirvan kanalına düşmüşdür. Hadisə yerinə cəlb edilmiş xilasedicilər 1992-ci il təvəllüdlü Yusifov Orxan Elxan oğlunun cəsədini və nəqliyyat vasitəsini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər; 

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin hamam otağında tavanın yanar konstruksiyaları 7 kv.m sahədə yanmışdır.  Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində (rayon mərkəzindən 40 km aralı) Qarayazı Kənd Bələdiyyəsinə məxsus dağlıq ərazidə 80 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 18:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Ceyrançöl qəsəbəsində (rayon mərkəzindən 53 km aralı) Ceyrançöl Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 40 ha sahədə quru ot yanmışdır. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 15 km aralı) Köçəsgər Kənd Bələdiyyəsinə məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Abbaslı kəndində (rayon mərkəzindən 15 km aralı) Abbaslı Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Bozalqanlı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşlara məxsus ərazidə 3 ha sahədə quru ot yanmışdır. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 4 ton ot tayası yanmışdır. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Aslanbəyli kəndində (rayon mərkəzindən 5 km aralı) Aslanbəyli Kənd Bələdiyyəsinə məxsus ərazidə 45 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ağstafa rayonu, Kəsəmən kəndində (rayon mərkəzindən 12 km aralı) Kəsəmən Kənd Bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Poylu kəndində (rayon mərkəzindən 10 km aralı) Poylu Kənd Bələdiyyəsinə məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan hissəsində 4 nəfər, nəzarət olunmayan hissəsində isə 1 nəfər çimərkən suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.