Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

13 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və həyətyanı sahənin çəpərinin 4 p.m hissəsi yanmışdır.

12 avqust 2011-ci il, saat 09:00-dək

Xəzər dənizinin Bakı şəhəri, Türkan qəsəbəsi sahilində batmış 1972-ci il təvəllüdlü İsrafilov Ədalət Əmrah oğlunun axtarışları başa çatdırılmışdır

11 avqust 2011-ci il, saat 10:00-dək

Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu sahilində nəzarət olunan ərazidə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. 

10 avqust 2011-ci il, saat 09:00-dək

Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır.

9 avqust 2011-ci il, saat 17:00

Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olmuşdur.

9 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qarajın içərisinə yığılmış əşyalar 3 kv.m sahədə və həmin qarajın yaxınlığında yığılmış məişət tullantıları 50 kv.m sahədə yanmışdır.

8 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 10 kv.m sahədə yanmışdır. Yanğın saat 09:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

7 avqust 2011-ci il, saat 09:00-dək

Şəmkir rayonu, Keçili kəndində (rayon mərkəzindən 18 km aralı) Keçili Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə quru ot yanmışdır.

5 avqust 2011-ci il, saat 09:00-dək

Qəbələ rayonu, Mirzəbəyli kəndində "Vaz" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr