Bakı şəhəri, Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci və 6-cı mərtəbələr arasında dayamışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:26-da başa çatmışdır;
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs elektrik dirəyində təmir işləri apararkən 4-5 m hündürlükdən yerə yıxılmış və xəsarət almışdır. Xilasedicilər yaralıya hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:20-də başa çatmışdır;
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 4 kv.m sahədə ev əşyaları yanmış, hadisə zamanı evdə olan 2 nəfər yanıq xəsarətləri almışdır. Yaralılara əraziyə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.