Geri

08 aprel 2011-ci il, saat 09:00-dək

Lənkəran rayonu, Boladı kəndində (102-YMB-dən 6 km aralı) ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 4 otaqlı fərdi evin mətbəxində yanar konstruksiyalar 9 kv.m sahədə yanmış, mətbəxin pəncərə şüşələri dağılmışdır. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m. olan ikimərtəbəli 4 otaqlı fərdi evin 1 otağının yanar konstruksiyaları 77 kv.m  sahədə yanmışdır. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilə 8-ci mərtəbədən enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış yaşlı kişi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:47-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda "MERCEDES" markalı mikroavtobusun yanar hissələri yanmışdır. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

6 aprel 2011-ci il tarixində dənizin nəzarət olunmayan hissəsində balıqçı qayığının çevrilməsi nəticəsində batmış 1981-ci il təvəllüdlü Kərimov Məhərrəm Əlimusa oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.