Geri

07 aprel 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan vaqon tipli otağın yanar konstruksiyaları və əşyaları yanmışdır. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "İVECO" markalı sərnişin avtobusunun mühərrikinin yanar hissələri yanmışdır. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddət telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış yaşlı qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:57-də başa çatmışdır;

Dənizin nəzarət olunmayan hissəsində balıqçı qayığının çevrilməsi nəticəsində itkin düşdüyü ehtimal olunan bir nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya dəstəsinin mütəxəssisləri tərəfindən başlanılmışdır.