Geri

03 aprel 2011-ci il, saat 09:00-dək

Xaçmaz şəhərində ümumi sahəsi 144 kv.m olan yanacaqdoldurma məntəqəsində gözətçi otağı 6 kv.m sahədə yanmış, yüksək temperaturdan lambrindən ibarət talvar 30 kv.m sahədə ərimişdir. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Balakən şəhərində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin 1 otağının tavanı 20 kv.m sahədə yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açaraq oraya daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1940-cı il təvəllüdlü Axundlu Sara hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində S.Axundlunun vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 17:08-də başa çatmışdır;

Ağstafa rayonu, Poylu qəsəbəsində Gəncə dəmiryolu xəttinə məxsus Poylu-Salahlı stansiyalarını elektrik enerjisi ilə təmin edən 10000 kVt-luq elektrik dirəyi yanmışdır. Yaxınlıqdakı yüksək gərginlikli elektrik xətləri və dəmir yol xətti yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:07-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:00-da başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda Suraxanı Su İdarəsinə məxsus ümumi sahəsi 30 kv.m olan nasosxananın yanar konstruksiyaları 10 kv.m sahədə və ona bitişik yerləşən vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan taxtadan ibarət köşkün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.