Geri

28 aprel 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə onbirmərtəbəli yaşayış binasının damından enərək 10-cu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:02-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı avtomobilin sürücüsü 1971-ci il təvəllüdü  Mayılov Nazim Arif oğlu həlak olmuş, "Mercedes" markalı minik avtomobilinin sürücüsü isə yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıq vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralını və N.Mayılovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:24-də başa çatmışdır;

Masallı rayonu, Şərəfə kəndində (rayon mərkəzindən 3 km aralı) ümumi sahəsi 28 kv.m olan 1 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın qəsddən törədilmişdir;

Gəncə şəhəri, Kəpəz rayonunda "Mercedes" markalı sərnişin mikroavtobusunun mühərrik hissəsi və salonu yanmışdır. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.