Geri

27 aprel 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 16:27-də başa çatmışdır;

Ağdam rayonu, Əlibəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 700 kq ot bağlaması yanmışdır. Bitişik tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan qapı-pəncərə sexində çardağın yanar konstruksiyaları 8 kv.m sahədə və sexin həyətində tikilmiş ümumi sahəsi 6 kv.m olan gözətçi köşkünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:34-də başa çatmışdır.